Sabirabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
21.03.2021Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində Şirvan şəhər sakini E.Babayev idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən Dadaşbəyli kənd sakini Pərviz Məmmədovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.