Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva saxlanılmışdır
18.03.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən 5 qram heroin, kirayədə yaşadığı mənzildən isə 3 kiloqram 470 qram heroin, 500 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.