Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edib evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

18.03.2021

Paytaxtın Nizami rayonunda mənzillərdən birinə gələn və özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan  3600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib. 24-cü PŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Vüsal Qənbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

18.03.2021 tarixinə olan kriminal məlumatlar