Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş Ə.Rüstəmidən şəxsi axtarış zamanı ondan 5 kiloqram 680 qram heroin, 2 kiloqram 785 qram metamfetamin, 145 qramdan artıq tiryək və 7 qramdan artıq metadon həbi götürülmüşdür
18.03.2021Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş Ə.Rüstəmi saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 kiloqram 680 qram heroin, 2 kiloqram 785 qram metamfetamin, 145 qramdan artıq tiryək və 7 qramdan artıq metadon həbi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 234-cü və 318-ci maddələri ilə cinayət işi başlanmışdır.