Gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır
02.03.2021Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.