DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini M.Əliyevdən ümumilikdə 530 qram heroin götürülmüşdür

02.03.2021

Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qram heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 528 qram heroin götürülmüşdür.

02.03.2021 tarixinə olan kriminal məlumatlar