Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobilləri qəsdən cızaraq sahibinə maddi ziyan vurmaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Kərimov saxlanılmışdır

02.03.2021

Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun Gəncə şəhər sakinləri A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilmişdir.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

02.03.2021 tarixinə olan kriminal məlumatlar