Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəxanı qəsəbə sakini N.Hüseynovdan 1 kiloqram 510 qram heroin götürülmüşdür
02.03.2021Sabunçu RPİ 15-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəxanı qəsəbə sakini, əvəllər məhkum olunmuş N.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülmüşdür.