Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini P.Miqunova qarşı quldurluq törətməkdə şübhəli bilinən R.Həsənov saxlanılmışdır

28.02.2021

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Miqunov fevralın 28-də Azadlıq prospektində bir nəfərin onu bıçaqla hədələyib 272 manat pulunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılmışdır.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

28.02.2021 tarixinə olan kriminal məlumatlar