Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan M.Mürsəlovun evinin zirzəmisindən silah-sursat aşkar edilərək götürülmüşdür
28.02.2021Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə şəhərində yaşayan əvvəllər məhkum olunmuş M.Mürsəlovun evinin zirzəmisinə baxış zamanı oradan nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron sandığı, 55 ədəd patron, 2 ədəd “F-1” qumbarası və 4 ədəd tapança patronu aşkar edilərək götürülmüşdür.