Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Cəlilov Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır

28.02.2021

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəsəbəsindən “Ford” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cəlilov müəyyən edilərək Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.

Araşdırma aparılır.

28.02.2021 tarixinə olan kriminal məlumatlar