Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində münaqişə zəminində tüfəngdən açdığı atəşlə X.Səfərovu qətlə yetirmiş Q.Həsənəliyev tutulmuşdur
21.02.2021Fevralın 21-də Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Xəyal Səfərovun odlu silahla qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
İstintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlini kənd sakini Q.Həsənəliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə törətməsi müəyyən edilmişdir.Əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Həsənəliyev tutulmuş, ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.