Binəqədi rayonu ərazisindəki mağazaların birindən 600 manat oğurlamaqda şübhəli bilinən X.Vəliyev saxlanılmışdır
21.02.2021Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki mağazaların birindən 600 manat oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini X.Vəliyev saxlanılmışdır.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.