Xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirmiş Sumqayıt şəhər sakini R.Əbilov saxlanılaraq istintaqa təhvil verilmişdir
21.02.2021Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə fevralın 21-də şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun həmin gün saat 2 radələrində “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir.Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əbilov saxlanılaraq istintaqa təhvil verilmişdir.
Araşdırma aparılır.