Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini K.Kazımov avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülmüşdür
06.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülmüşdür.