Nnəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılmışdır
06.02.2021Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılmışdır.Araşdırma aparılır.