Yevlax şəhər sakini M.Qarayevdən 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
06.02.2021Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.