Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini E.Hüseynovdan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
06.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.