DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gədəbəy şəhər sakini R.Bayramovdan odlu silah və narkotik vasitələr aşkar edilərək götürülmüşdür

04.02.2021

Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs cari il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.

Araşdırmalar aparılır.

04.02.2021 tarixinə olan kriminal məlumatlar