DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini F.Baxşəliyev və Abşeron rayon sakini N.Hüsiyevdən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür

04.02.2021

Narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılmışlar.
Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülmüşdür.

04.02.2021 tarixinə olan kriminal məlumatlar