DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Adgözəlov 3 kiloqram 513 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür

04.02.2021

İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Adgözəlov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı Xankəndi kəndindəki evdən isə 3 kiloqram 511 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

04.02.2021 tarixinə olan kriminal məlumatlar