Bayıl qəsəbə sakini C.Talıbzadədən ümumilikdə 2 kiloqram 416 qram heroin, 1 kiloqram 35 qram metamfetamin, 1 kiloqram 105 qram marixuana və 2 ədəd elektron tərəzi götürülmüşdür
03.02.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayıl qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Talıbzadə Səbail rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 53 qrama yaxın heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 363 qram heroin, 1 kiloqram 35 qram metamfetamin, 1 kiloqram 105 qram marixuana və 2 ədəd elektron tərəzi götürülmüşdür.