Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhər sakini R.Həsənovdan 415 qram marixuana aşkar edilərək götürülmüşdür
03.02.2021Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 415 qram marixuana aşkar edilərək götürülmüşdür.