Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xızı rayon sakini A.Sadıqovdan 450 qram marixuana aşkar edilərək götürülmüşdür
03.02.2021Xızı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş A.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülmüşdür.