Bakı şəhər sakini E.Məmmədovdan ümumilikdə 3 kiloqram 290 qram heroin, 1 kiloqram 355 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülmüşdür
03.02.2021Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 33 qrama yaxın metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Tofaş” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülmüşdür.