Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini T.Məmmədov saxlanılmışdır
13.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın marixuana, 1 kiloqram heroin və 101 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.