Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə dəmir yolu stansiyasının ərazisində Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

13.01.2021

NBPİ-nin Gəncə Xətt Polis Şöbəsinə yanvarın 12-də Gəncə dəmir yolu stansiyasının ərazisində 2 nəfərin Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu alması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Cabbarov, Goranboy rayon sakinləri V.Həşimov və K.Qafarov müəyyən edilərək saxlanılmışlar.

13.01.2021 tarixinə olan kriminal məlumatlar