Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini A.Quliyev saxlanılmışdır
13.01.2021Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Azad kənd sakini A.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 46 qram tiryək aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 923 qram marixuana götürülmüşdür.