Cəlilabad şəhəri ərazisində “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etmiş H.Rzayev saxlanılmış, digər şəxslər barəsində protokollar tərtib edilmişdir
24.12.2020Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də saat 1 radələrində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilmişdir.
H.Rzayev saxlanılmış, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilmişdir.