Cəlilabad rayonu ərazisində qanunsuz ov edən S.Həsənov və E.Qurbanov saxlanılmışlar
24.12.2020Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılmışlar. Onlardan müvafiq sənədləri olmayan “TOZ-12” və “TOZ-16” markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülmüşdür.