Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 4 kiloqram heroin və tiryək aşkar edilib

24.12.2020

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə edib.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Əldə edilən narkotik vasitələrin mənbəyinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

24.12.2020 tarixinə olan kriminal məlumatlar