Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Q.Musayev avtomobillə birgə saxlanılmışdır
10.12.2020Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dekabrın 10-da rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması ilə bağlı müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Q.Musayev avtomobillə birgə saxlanılmışdır.
Səbail RPİ tərəfindən araşdırma aparılır.