Ağstafa rayonunun Qırılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.12.2020Dekabrın 10-da saat 14 radələrində Ağstafa rayonunun Qırılı kəndi ərazisində rayon sakinləri Ş.Salıfovun idarə etdiyi “Ford” və S.Quliyevin idarə etdiyi “Mercedes” avtomobillər toqquşmuşdur. Nəticədə S.Quliyevin sərnişini, Sumqayıt şəhər sakini Əli Musayev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.