Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10.12.2020Dekabrın 10-da saat 19 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Hüsən Hüsənzadəni vurmuşdur. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.