Qəsdən yanğın törətməkdə şübhəli bilinərək saxlanılmış Bəhrəmtəpə qəsəbə sakini atasına məxsus evə baxış zamanı narkotik vasitələr də aşkar edilmişdir
10.12.2020İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərdən birini qəsdən yandırmaqda şübhəli bilinən Bəhrəmtəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən onun Çaxırlı kəndindəki atasına məxsus evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, çətənə toxumu, 2 tərəzi və kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.