Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində paytaxt sakini F.Tağıyevaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinənin şəxsiyyəti müəyyən edilmişdir

03.12.2020

Dekabrın 3-də saat 19 radələrində Binəqədi rayonu ərazisində bir nəfər Bakı şəhər sakini F.Tağıyevanın içərisində pulu və mobil telefonu olan çantasını alıb qaçarkən ərazidə xidmət aparan rayon Mühafizə İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində saxlanılaraq 5-ci Polis Bölməsinə təhvil verilmişdir.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Fərəməzov olması müəyyən edilmişdir.

Araşdırma aparılır.

03.12.2020 tarixinə olan kriminal məlumatlar