Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində “KamAZ” markalı avtomobil aşmışdır
03.12.2020Dekabrın 3-də saat 18 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində Xaçmaz rayon sakini Əli Şıxməmmədov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.