Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb

03.12.2020

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər tbbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman  müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

03.12.2020 tarixinə olan kriminal məlumatlar