Ucar rayonu Qazqumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.11.2020Noyabrın 19-da saat 20 radələrində Ucar rayonu Qazqumlaq kəndi ərazisində Məlikballı kənd sakini Q.Həsənovun idarə etdiyi “MTZ” markalı traktorla Bakı şəhər sakini F.Əzimovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşmuşdur. Nəticədə F.Əzimovun sərnişini İradə adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.