Oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini E.Bağırov saxlanılmışdır
19.11.2020Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birində yerləşən mağazanın qarşısından 470 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş E.Bağırov saxlanılmışdır.