Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xocəsən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub

19.11.2020

Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Növbəti belə tədbir noyabrın 19-da  paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı Xocəsən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.

Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilmiş və hər biri 600 manat məbləğində cərimə olunmuşlar.