Xocəsən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub
19.11.2020Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Növbəti belə tədbir noyabrın 19-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı Xocəsən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.
Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilmiş və hər biri 600 manat məbləğində cərimə olunmuşlar.