Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“COVİD-19” virusuna yoluxmasına baxmayaraq yaşayış yerini tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılaraq yaşadığı ünvana yerləşdirilmişdir

16.11.2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilmişdir.

Belə ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılmışdır. Müəyyən edilmişdir ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilmişdir.

16.11.2020 tarixinə olan kriminal məlumatlar