Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən Saray qəsəbə sakini R.Əliyev saxlanılmışdır
16.11.2020Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 25-dən iyulun 17-dək olan müddətdə rayon ərazisindəki 4 evdən qapı çərçivəsi, elektrik avadanlıqları, təmir-tikinti alətləri və hamam aksessuarları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.