Xəzər rayonu ərazisindəki 5 evdən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini A.Əliyev saxlanılmışdır
16.11.2020Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-dən noyabrın 13-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, sənəd, planşet, su qızdırıcısı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılmışdır.