Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəbrayıl şəhəri ərazisində olan komendant postunda "saxla" əmrinə tabe olmamış avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılmışdır

14.11.2020

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi vermiş, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirmişdir.

Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətirilmişlər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunmuşdur. Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunmuşlar.