Zərdab rayon sakini A.Rüstəmovun özünü Kür çayının üzərindəki körpüdən atmaq cəhdinin qarşısı alınmışdır
14.11.2020Noyabrın 14-də saat 21 radələrində Zərdab rayon sakini A.Rüstəmov özünü rayon ərazisindən keçən Kür çayının üzərindəki körpüdən atmağa cəhd etmişdir.
Ərazidə xidmət aparan Ağcabədi Rayonlararası Mühafizə Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində cəhdin qarşısı alınmışdır. Həmin şəxs araşdırma aparılması üçün Zərdab RPŞ-yə təhvil verilmişdir.