Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov saxlanılmışdır
14.11.2020Binəqədi RPİ 7-ci Polis Bölməsinə müraciət edən Cəlilabad rayon sakini R.Abbasov noyabrın 7-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərinin birində ona məxsus “TOFAŞ” markalı avtomobildən 600 manat dəyərində hissələrinin sökülərək oğurlanmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov saxlanılmışdır.