Nəsimi rayonu ərazisində Q.Hüseynovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Abşeron rayon sakini V.Əlizadə saxlanılmışdır
03.11.2020Noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.