Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhər sakini N.Rəhimliyə qarşı zor tətbiq edib pulunu və mobil telefonunu almaqda şübhəli bilinən S.Mehrabov saxlanılmışdır

03.11.2020

Şirvan ŞPŞ-yə noyabrın 3-də şəhər ərazisində bir nəfərin şəhər sakini N.Rəhimliyə qarşı zor tətbiq edib 15 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini S.Mehrabov olması müəyyən edilmiş və o, saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

03.11.2020 tarixinə olan kriminal məlumatlar